Avropa fond bazarlarının əsas indeks göstəriciləri
Avropa fond bazarlarında iyulun 4-də FTSE 100 indeksi 0,08% – 7,603.58 bəndədək enib, Fransa CAC-40 0,03% – 5 620,73 bəndədək, Almaniya DAX-ı isə 0,11% – 12 629,90 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% azalaraq 1 424,6 dollara bərabər olub.
İyulun 4-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,13% artaraq 1,129 dollar təşkil edib.
Qeyd edək ki, iyulun 4-də ABŞ-da Müstəqillik günü qeyd olunduğundan Amerika fond birjası fəaliyyət göstərməyib.

