Üçtərəfli niyyət protokolu imzalanıb
Aprelin 17-də Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında niyyət protokolu imzalanıb.
Protokolu MBNP-nin icraçı direktoru vəzifəsini icra edən İbrahim Alışov, KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və ABA-nın prezidenti Zakir Nuriyev imzalayıblar.
Protokolun kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxışlarının genişləndirilməsi, onların maliyyə savadlılığının artırılması məqsədi daşıyır.

