Bakı Mərkəzi Parkında vətəndaşlar üçün yeni qaydalar açıqlandı

Yeni istifadəyə verilən Bakı Mərkəzi Parkında vətəndaşlar üçün yeni qaydalar açıqlanıb. Çoxlu sayda rəy və təkliflərnəzərə alınaraqparka gələn vətəndaşlar üçün hansı hərəkətləri etmələri barədə tələblər açıqlanıb. Bir sıra qadağalar var. Nələrdən ibarətdir?

PaytaxdakıTəzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Bakı Mərkəzi Parkına istirahətə gələn vətəndaşlar üçün qaydalar açıqlanıb.

Yeni qaydalar parkın yaxşı vəziyyətdə saxlanılması və ziyarətçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qəbul edilib. Qaydalardan birincisi ev heyvanlarının parkda necə gəzdirilməsi ilə bağlıdır.

Digər bir tələb parkda tuma icazə verilməyəcək. Çünkü bəzi insanlar tumun qabıqlarını yerə atır.Həmçinin parkda velesiped sürənlər piyadalar üçün səkilərə girə bilməyəcəklər.

Bununla yanaşı Parkda xüsusi müəyyən edilmiş yerlərdən savayı, skeytbord sürməyə icazə verilmir. Parkın ərazisində müəyyən edilmiş yerlərə kimi skeytbord əldə daşınmalıdır.Həmçinin böyüklər üçün nəzərdə tutulan idman sahələrinə uşaqların daxil olmasına icazə verilməyəcək. Uşaq oyun meydançalarına da bənzər tələb tətbiq ediləcək və böyüklərin girişinə icazə verilməyəcək. Önümüzdəki həftə parka yaş qruplarını göstərən işarələr quraşdırılacaq

Qaydalarda qeyd olunub ki, parkdakı çiçəklər, güllər və digər dekorativ bitkilər dərilməsin.