Göyçayda "VAZ" aşdı, 3 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Hadisə rayonun Alpout kəndi ərazisində qeydə alınıb.

Kənd ərazisində hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yüksək sürət nəticəsində idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan 3 nəfər - rayonun Qaraxıdır kənd sakinləri, 1995-ci il təvəllüdlü Abdullayev Salam Əliyar oğlu, 1995-ci il təvəllüdlü Əhmədov Elşən Mehman oğlu və 1995-ci il təvəllüdlü Xudaverdiyev Mehdi Sədiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda hər 3 xəstənin vəziyyəti ağır qiymətləndirilir.

 
Faktla bağlı araşdırma aparılır.