Birləşmiş Ştatların neft ehtiyatları azalır

Ötən həftə ABŞ-ın xam neft ehtiyatları azalıb.

Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 5 milyon barrel azalıb. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.