“Morgan Stanley” neftin qiymətinə dair proqnozunu azaldıb
ABŞ-ın ən böyük banklarından olan “Morgan Stanley” “Brent” markalı xam neftin qiyməti üzrə proqnozunu aşağı salıb.
“Morgan Stanley” bu ilin üçüncü rübünə dair “Brent”in bir barrelinin orta qiyməti üzrə proqnozunu 60-65 dollar müəyyən edib.
“Morgan Stanley”in əvvəlki proqnozu isə 65-67,5 dollar/barrel idi.

