Əmanətlər üzrə faiz dərəcələri aşağı endirildi
Milli və xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsi endirilir...
Əmanətlərin Sigortalanması Fondunun Himayəçilik Şurasi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla sabahdan etibarən cəlb edilən əmanətlərlə bağlı yeni qayda tətbiq edəcək
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, qorunan əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınmasının əsas səbəbi banklar tərəfindən cəlb edilən depozitlərə yüksək faizlərin tətbiq edilməməsidir.
İqtisadçının sözlərinə görə bu qərar kredit faizlərinə də təsir göstərə bilər.
Vüqar Bayramov vurğulayıb ki, vətəndaşlar əmanətlərə görə yüksək faizlər təklif edən banklara müracət edərkən diqqətli olmalıdırlar...Qeyd edək ki,1 iyul 2019-cu il tarixinədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% təşkil edir və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənək qüvvədə qalır.

