Oğuzda canavar kəndə hücum çəkdi - Dörd nəfər yaralanıb 

Sakinlərə hücum edən canavar 4 nəfərə xəsarət yetirib...

Hadisə Oğuzun Xaçmaz kəndində baş verib. Vəhşi heyvan qarşısına çıxan sakinlərə hücum edib və onlara müxtəlif xəsarətlər yetirib. Hadisə zamanı 4 nəfər - 15 yaşlı Namiq Bəkirov, 15 yaşlı Tural Məmmədnəbili, 57 yaşlı İbrahim İslamov və 57 yaşlı Mahirə Məmmədova xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara başın, üst dodağın, boyunun və başın arxa səthinin, eləcə yuxarı və aşağı ətrafların canavar dişləməsi diaqnozu qoyulub.

Yaralılar ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Canavarların hücum təhlükəsi davam etdiyindən sakinlər kənddə dəyənək və müxtəlif vasitələrlə gəzmək məcburiyyətində qalıblar.