Sabunçu polisi itkin düşən iki kişini tapdı

Bakıda bir gündə itkin düşən iki nəfər tapılıb.

İtkin düşən şəxsləri Sabunçu polisi tapıb.

Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də itkin düşən Mazanlı Tərxan Vahid oğlu və Dünyamalıyev Əli Qəmbər oğlunun yerləri müəyyən edilərək tapılıblar.

 
Hər iki şəxs ailəsinə təhvil verilib.