Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişməsi barədə məlumat yayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişməsi barədə məlumat yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 29-u axşam saat 17.00-21.00 radələrində Ağstafa, Naxçıvan, Gədəbəy, Naftalan, Tər-Tər, Yevlax, Şəmkir, Daşkəsən, Gəncə, Mingəçevirdə yağış qeydə alınıb, şimşək çaxıb.
Şəmkir, Gəncə, Şərur, Bərdə, Tərtər, Yevlax, Daşkəsən, Mingəçevir, Naftalan, Ağdam, Göyçay rayonlarında 17-23 m/s qərb küləyi əsib, bəzi yerlərdə arabir 28-32 m/s-dək güclənib.

