Qusara yağan dolu fəsadlara səbəb oldu 

Qusara yağan dolu və güclü külək bir sıra fəsadlar törədib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, təbiət hadisəsi nəticəsində Qusarın Çiləgir kənd sakini Pərviz Mustafayevə məxsus evin dam örtüyü uçulub.

Sakinlərə məxsus 70 hektara yaxın əkin-biçin sahəsi tamamilə məhv olub.

Qubanın dağlıq və dağətəyi yaşayış məntəqələrinə yağan yağıntı da kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub.

Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.