DİN: İyulun 18-də 2 avtomat, 8 tüfəng təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 18-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 2 avtomat silahı, 6 tüfəng, 2 patron darağı və 26 ədəd müxtəlif çaplı patron aşkarlayaraq təhvil götürüblər.
Əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 2 tüfəng aşkar olunaraq götürülüb.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.

