Rəsədxana kosmik hava durumu və proqnozunu açıqlayıb
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan ildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb.
İyunun 19-dan 20-dək Günəş fəallığı çox aşağı səviyyədə olacaq. Günəş küləyi parametrləri üçün normal şərait davam edəcək. Geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranma ehtimalı 5 faizdən aşağıdır.

