Neft yenidən bahalaşıb
İyunun 18-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 1,26% artaraq 1 barelə görə 62,45 dollar təşkil edib.
İyunun 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 2,24% artaraq 54,11 dollar təşkil edib.

