Mina qurbanlarının sayı 346-yə çatıb - XİN

Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib.

"Bu gün partlayış nəticəsində 29 yaşlı mülki şəxs ağır yaralanıb. 2020-ci ilin noyabr ayından indiyədək mina partlayışlarında 346 azərbaycanlı qurban olub", - paylaşımda deyilir.