Səsvermə protokollarının məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatır

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi prosesi bu gün başa çatır.
Yerveinsan.az Secki-2024.az-a istinadən xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları səsvermə gününə azı 4 gün qalanadək səsvermə protokollarının məntəqə seçki komissiyalarına verilməsini təmin etməlidir.
Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il fevralın 3-dək olan dövrü əhatə edir.