Göyçayda yanğın olub
Göyçay rayonunda yanğın qeydə alınıb.
Yerveinsan.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Potu kəndində "T-28" markalı traktorun taxtadan ibarət qoşqusu və içərisinə yığılan 1 ton ot bağlaması yanıb. Yüksək temperaturdan yaxınlıqda olan birmərtəbəli evin çardağı 4 m² sahədə qarsalanıb.
Traktor və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

