Keçən ay qlobal neft təklifi sutkada 98,2 milyon barrel olub
Mayda qlobal neft təklifi aprellə müqayisədə 40 min barrel artaraq gündəlik 98 milyon 260 min barrel təşkil edib.
Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.
Bildirilir ki, ötən ay qeyri-OPEC ölkələrində neft istehsalı da 270 min barrel çoxalaraq sutkalıq 68 milyon 390 min barrel olub.

