Tərtər sakini minaya düşüb

Noyabrın 5-də saat 12 radələrində Tərtər rayonu, Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, rayonun Seyidimli kənd sakini 1965-ci il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb. 

Araşdırma aparılır.

"Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq", - deyə məlumatda qeyd oluub.