Ağdamda elektrik enerjisinin verilməsində fasilə yaranıb

Yervəinsan.az-a verilən məlumata görə, əvvəlcə 30 dəqiqə ərzində elektrik enerjisinin bərpa olunacağını desələr də  vaxt daha uzun çəkib

Ağdamda işığın verilməsində fasilə  yaranıb. Ağdam Elektrik Şəbəkədən bildirildiyinə görə səbəb yüksək gərginlikli 10 000-lik xəttin dəyişdirilməsi ilə bağlıdır.Əvvəlcə işığın 30 dəqiqə ərzində bərpa olunacağını desələr də bir saat keçməsinə baxmayaraq işığın verilməsi bərpa edilməyib.

Onu da qeyd edək ki, işığın kəsilməsi barədə ağdamlı abonentlər  əvvəlcədən xəbərdar edilməyib.

Musa Muradlı