Avtomobilin gizli saxlanc yerlərindən müxtəlif məhsullar aşkarlanıb
Avtomobilin gizli saxlanc yerlərindən müxtəlif məhsullar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Xanoba" gömrük postuna daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21041" markalı avtomobilə gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin ön panelinin içində, yük yerinin gizli saxlanc hissəsində gömrük orqanından gizlədilən, üzərində "Incandessenc Avon" yazılan 37 ədəd ətir, 35 ədəd ətir üçün kataloq və üzərində "Marlboro" yazılan 600 ədəd siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

