Tərtər rayonunda zəlzələ qeydə alınıb
İyunun 9-da Tərtər rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, ilkin məlumata əsasən, yerli vaxtla saat 22:23-də Bərdə stansiyasından 9 kilometr qərbdə Tərtər rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

