“Xəzər-3” qurğusunda yanğın baş verib - Əlavə məlumat veriləcək

Bakı şəhərinin Səbail rayonunda Xəzər dənizində (sahilə yaxın ərazidə) “Xəzər-3” qurğusunda söküntü işləri aparılan zaman yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın nəticəsində 50 m² sahədə yağ və mazut qalıqları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.