Biçini başlayıb, məhsul da boldur, lakin kombayn tapılmır - VİDEO

Əksər bölgələr kimi Biləsuvarda da arpa biçininə start verilib. Bu il məhsuldarlıq da yüksəkdir. Lakin kombayn çatımazlığı səbəbindən fermerlər biçin apara bilmirlər.

Biçini başlayıb, məhsul da boldur, lakin kombayn tapılmır.

Görüntülər Biləsuvarın İsmətli kəndindəndir. Kənddə 500 hektara yaxın taxıl əkilib. Bu il məhsuldarlıq da yüksək olub. Lakin kombayn çatımazlığı səbəbindən fermerlər biçin apara bilmirlər. Təsərrüfat sahiblərinin sözlərinə görə, məhsul günü-gündən məhv olur.

Fermerlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət ediblər. Amma heç bir nəticəsi olmayıb.

Məsələ ilə bağlı Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, taxıl biçini növbəli sistem əsasında aparılır. Yaxın günlərdə İsmətli kəndinə də növbə çatacaq və oradakı arpa biçiləcək.