Hacıqabulda yol qəzası olub, ölənlər var

Hacıqabulda yol qəzasında 2 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.

Hadisə Bakı-Qazax magistral avtomobil yolunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

"Mercedes Vito" markalı mikroavtobus "KaMAZ" markalı yük maşınına dəyərək aşıb. Nəticədə iki nəfər hadisə yerində dünyasını dəyişib, 4 nəfər xəsarət alıb. Yaralılardan ikisi azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.