DİN: Ölkə ərazisində qeydə alınan 89 cinayətin açılması təmin olunub
Aprelin 27-də ölkə ərazisində qeydə alınan 89, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yerveinsan.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarılan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

