Bakı metrosunda 54 yaşlı qadın relsin üzərinə düşüb - YENİLƏNİB

Bakı metrosunda relsin üzərinə düşən qadının kimliyi məlum olub.

Bu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, relsin üzərinə düşən qadın 1965-ci il təvəllüdlü Asya Əmirovadır.

---

Bakı metrosunda ölüm hadisəsi baş verib.

Bakı Metropoliteni QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, bu gün səhər saat 09:35-də metronun "28 may" stansiyasında bir nəfər qadın relslərin üzərinə düşüb və dünyasını dəyişib.

Hazırda hadisə yerində araşdırma aparılır. Araşdırmanın sonunda əlavə məlumat veriləcək.