Sumqayıtda mənzildə 29 yaşlı kişinin meyiti aşkarlanıb

Sumqayıtda mənzildə 29 yaşlı kişinin meyiti aşkarlanıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə məlumat daxil olub ki, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1990-cı il təvəllüdlü Həşimov Muxtar Oktay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.