Necmeddin Sefercioğlu dünyasını dəyişib - Foto
Səməd Vəkilov,Hüquqşünas
Türk dünyasının parlaq simalarından biri olan professor Necmeddin Sefercioğlu dünyasını dəyişib.
Necmeddin Sefercioğlu kimdir? 29 iyun 1931-ci ildə Nevşəhərdə anadan olmuşdur. Ankara Üniversitetinin Dil ve Tarix Coğrafya Fakültəsini Kitabxanaçılıq bölməsini (1960) bitirmişdir. Doktorluq disertasiyasını Türk kitabxanaçılığı mövzusunda (1968) müdafiə etmişdir.
İlk fəaliyyətinə təhsil aldığı kitabxanaçılıq fakultəsində yardımçı olaraq başlamışdır. 1965-ci ildə ABŞ-da təhsilini davam elətdirmişdir. 1982-ci ildə yardımcı -dosent, 1986-cı ildə dosent, 1990-cı ildə isə professor elmi dərəcəsi almışdır.
Vakıflar Genel Müdürlüyündə məmur (1952-56), Türk Ocağında müdür müavini (1956-58), Hür Basım ve Yayınevində rəhbəri (1958-59), Millî Kitabxanada kataloqçu (1959-62) vəifələrində çalışmışdır.
Gazi Üniversitesi Basın yayın Yüksek Okulu Gazetecilik ve Halkla İlişkiler Bölümü rəhbəri (1998) kimi təqaüdə çıxmışdır.
İlk yazısı Qələm (Adana, Aralık 1948) dərgisində nəşr edilmişdir. Bundan başqa müxtəlif nəşriyyatlarda bir çox yazıları çap edilmişdir.
1960-cı ildə Ankara Üniversiteti (DTCF) tərəfindən “Emily Dean Ödülü” mükafatına layiq görülmüşdür.
Türkiye Yazarlar Birliği, Türk Kütüphaneciler Derneği, Türkocağı, İLESAM, Ankara Aydınlar Ocağının üzvü olmuşdur.
Böyük alim 04 aprel 2019-cu il tarxində Ankarada dünyasını dəyişib.
Məkanı cənnət olsun!


