İmişlidə ağır yol qəzası olub

İmişlidə ağır yol qəzası baş verib, 3 nəfər yaralanıb.

Hadisə İmişli-Qarazonlu avtomobil yolunda qeydə alınıb.

Magistralda hərəkətdə olan “VAZ-2106” markalı “Luqili” avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə bir ailənin 3 üzvü, İmişli rayon sakinləri Vasif Cəfərov, onun həyat yoldaşı Həmidə Cəfərova və Yusif Cəfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar İmişli Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırılma aparılır.