Neftçala rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

 

Neftçala rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 85-ci kilometrliyində qeydə alınıb.

Magistralda hərəkətdə olan mikroavtobus qabaqda gedən “Kamaz” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Ölənlərin meyiti müayinə olunmaq üçün Salyan morquna aparılıb. Xəsarət alınanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.