Saray-Novxanı yolunda yeni geridönmə hissə yaradılır

Sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, “VAZ dairəsi” kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geridönmə hissə yaradılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Yeni geridönmə hissə yaxın günlərdə istifadəyə veriləcək. Bunun üçün əraziyə AAYDA tərəfindən lazımi sayda qüvvə cəlb olunub.