İki heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı və Mingəçevir və Şəki şəhərləri və Abşeron, Şamaxı, Xaçmaz, Tovuz rayonlarında bir sıra nöqsanlar aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar iki heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, on məntəqədə kəsim qurğuları sökülüb, dörd məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr haqqında http://afsa.gov.az/az/media/news_details/3419 linkindən məlumat almaq mümkündür.