Ərini öldürdü - Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub
Sentyabrın 2-i saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai Rayon Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə istintaq davam edir.

