FHN: Masallı rayonunda baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir - VİDEO
Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, ümumilikdə yanğınla mübarizə tədbirlərində nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edirlər.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

