Avropada təbii qazın qiyməti 3100 dolları ötüb

Avropada qazın qiyməti 1000 kubmetr üçün 3 100 dolları keçib.

Bu barədə Londonun "ICE" birjasının məlumatlarında deyilir.

Məlumata əsasən, Niderlandın TTF habında sentyabr fyuçerslərinin qiyməti min kubmetr üçün 3 112 dollar təşkil edib.

Avropada qazın tarixi maksimum qiyməti 2022-ci il martın 7-də qeydə alınıb, o zaman aprel fyuçersləri üçün müəyyən məqamda 3 898 dollar verilib.//Trend