Qəlibçinin yeni tikilən binadan yıxılaraq ölməsi faktı ilə bağlı araşdırma aparılır

Avqustun 18-i saat 15 radələrində Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanında 1964-cü il təvəllüdlü Cabir Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon prokurorluğundan  bildirilib ki, aparılmış araşdırmalarla qeyd edilən ünvanda inşa edilən 16 mərtəbəli yaşayış binasında qəlibçi işləyən Cabir Sadıqovun binanın 9-cu mərtəbəsində iş görən zaman ehtiyatsızlıqdan yerə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən öldüyü müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.