Axtarışda olan Bakı sakininin evindən narkotik çıxdı
Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan İ.Məmmədyarova məxsus evdə əməliyyat-axtarış tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, oradan narkotik vasitə olan marixuana və metadon, habelə həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 291 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

