Bakıda təcili tibbi yardım maşını qəzaya uğradı
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində təcili tibbi yardım maşını qəzaya uğrayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində biri kişi, ikisi qadın olmaqla, 3 nəfər xəsarət alıb. Xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir.
Xəstələr Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

