Hacıqabulda baş verən yol qəzası nəticəsində bir nəfər xəsarət alıb
Hacıqabulda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, "Qədirxum" restoranı yaxınlığında qeydə alınıb.
Magistralda hərəkətdə olan “Nissan” markalı maşın arxadan “Toyota” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Ağdam rayon sakini Abbasova Nüşabə Xurşud qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

