Azərbaycanın Müdafiə nazirinin müavini türkiyəli həmkarı ilə görüşüb
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler də iştirak edib.

