Milli Məclisin sədri Sahibə Qafarova Qətərə səfərə gedib
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iyulun 14-də Qətərə səfər edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iyulun 14-də Qətər Dövlətinin sabiq Əmiri, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə Azərbaycan Hökuməti adından başsağlığı vermək məqsədilə bu ölkənin Doha şəhərinə səfərə gedib.
Dohanın beynəlxalq hava limanında nümayəndə heyətini Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

