“İsrafil Hüseynov” gəmisinin borudüzmə zonasında qəza baş verib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olan “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında texnoloji avadanlıqların birində qəza baş verib.

QSC-nin mətbuat katibliyindən  bildirilib ki, gəmi ilə davamlı əlaqə saxlanılır. Heyət üzvləri arasında xəsarət alan olmayıb. Gəmi hazırda “Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə “Saipem” şirkətinin nümayəndələri çalışırlar.