OPEC üzrə sutkalıq neft hasilatı azalacaq

Cari ildə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə neft istehsalının sutkada 30,3 milyon barrel olacağı nəzərdə tutulur.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, gələn il üçün isə OPEC üzrə hasilatın gündəlik 29,8 milyon barrelə qədər azalacağı proqnozlaşdırılır.

Qeyd edək ki, martda OPEC-in neft istehsalı fevral ayı ilə müqayisədə 534 min barrel azalaraq sutkalıq 30 milyon 20 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 30,2 faizə düşüb.