Sumqayıtda iş yerində qətl hadisəsi

Sumqayıtda 35 yaşlı şəxs iş yerində qətlə yetirilib.

Sumqayıt Şəhər Prokurorluğundan faktı təsdiq edərək  bildiriblər ki, qətl mayın 8-də səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsində baş verib. Qurumun əməkdaşı, 1984-cü il təvəllüdlü Kərimov Emin Vəli oğlu iş yerində bıçaqlanaraq öldürülüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.