“Azeri Light”ın qiyməti dəyişməyib

Azərbaycan neftinin qiyməti dəyişməyib.

 “Azeri Light” markalı neftin bir barreli 31,33 dollara satılır.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.