Mərkəzi Bank 150 milyon manat cəlb edəcək
Dekabrın 24-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AMB-dən bildirilib ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 13 gündür.
"Blumberq" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,76-7,49 faiz təşkil edir.

