BFB-də AMB-nin 100 mln. manatlıq qısamüddətli notları yerləşdirilib
Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50102976S dövlət qeydiyyat nömrəli, 100 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 14 investor tərəfindən qiyməti 99,5158 AZN (6,26%) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 470 810 400 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5158 AZN (6,26%), orta ölçülmüş qiyməti isə 99,5158 AZN (6,26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 mln. AZN təşkil edib.
Notların ödəmə tarixi 21 noyabr 2019-cu ildir.

