M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb
M4 indeksli avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə nişanlanma xətti təşkil edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, görülən tədbirlər nəqliyyat vasitələrinin hərəkət sürətinin azaldılmasına və qeyd olunan ərazidə yol hərəkətinin daha təhlükəsiz təşkilinə xidmət edir.

