Dövlət Xidmətinin rəisi Şəmkirdə vətəndaşların müraciətlərini dinləyəcək
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin cari ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 28-i saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Bu barədə SHXÇDX-dan məlumat verilib.
Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların avqustun 24-dək SHXÇDX-nin adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

